PROSOL şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Capture The Flag" yarışması keçiriləcəkdir
Bu ilin 21-22 sentyabr tarixlərində baş tutacaq tədbir (ICSD-2022) zamanı PROSOL Şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə CTF (Capture the flag - Bayrağı ələ keçir) yarışması keçiriləcəkdir. Seçiləcək 20 nəfər iştirakçı yarışma zamanı verilən tapşırıqların həllini tapmaq uğrunda mübarizə aparacaqlar. Məhdud vaxt çərçivəsində tapşırıqları ən qısa müddətdə uğurla yerinə yetirən və ən yüksək bal toplayan 3 nəfər qalib elan olunaraq xüsusi mükafatlara layiq görüləcəkdir.
Malware Research Lab olaraq hazırladığımız tərsinə mühəndislik tapşırıqları ilə keçiriləcək yarışmanın bir hissəsi olmaqdan qürur duyuruq. Müraciət üçün link: https://jobs.talhunt.az/prosol/736-capture+the+flag++(ctf)