Avtomatlaşdırılmış sistemlərin geniş yayılmasına baxmayaraq insan gücünə daima ehtiyyac olacaqdır.
Malware Research Lab - olaraq əsas vəzifəmiz yerli dövlət orqanlarını, kritik informasiya infrastrukturu obyektlərini zərərverici təhdidlərə qarşı 7/24 qorumaqdır.
Bu vəzifənin öhdəsindən gələ bilmək üçün daima yeniliklərin axtarışında olmaq, onlara adaptasiya olmaq, araşdırmalar apararaq daha təhlükəsiz mühit yaratmaq, hazırladığımız sistemlərin daha effektiv fəaliyyət göstərə bilməsi üçün yeni metodların işlənib hazırlanması əsas missiyalarımızdandır. Bu misiyya zamanı bizə dəstək olacaq komanda yoldaşları axtarırıq.
Xüsusi tələblər:
- Yeniliklərə açıq olan və komanda şəklində fəaliyyət göstərə bilən
- Çevik qərar vermə qabiliyyəti olan
- Windows əməliyyat sistemi arxitekturası haqqında yetəri qədər məlumata sahib
- Geniş yayılan zərərverici fayl formatları haqqında yetəri qədər məlumata sahib (PE 32/64, PKZIP, PDF, CFB (Microsoft Compound File Binary) və s.)
- Disassembler və Debugger alətləri işə işləmə bacarıqları (IDA Pro, WinDbg, OllyDbg, x64Dbg və s.)
- Proqramlaşdırma dilləri - C/C++, Python və s.
Vəzifə öhdəlikləri:
- Yerli dövlət orqanlarını hədəf alan zərərli proqram təminatlarının analizi
- Hazırladığımız məhsulların daha səmərəli şəkildə fəaliyyət göstərə bilməsi üçün yeni metodların işlənib hazırlanmasına töhfə vermək
- Zərərverici üzərində aparılacaq araşdırmalardan sonra davranış modellərinin hazırlanması və imza bazasının formalaşdırılması
İşə qəbul prosesi üçün özünüz və bilikləriniz haqqında ətraflı məlumatların yer aldığı CV qoşmasını pdf formatında mrl.career@cert.gov.az ünvanına göndərməyiniz xahiş olunur.