Biz kimik

Malware Research Lab - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin nəzdində zərərvericilərin analizi və araşdırılması sahəsində fəaliyyət göstərən bölmədir. 

Məqsədimiz

Laboratoriya zərərli proqram təminatlarının analizi və zərərvericilərin tətqiqatı ilə məşğul olan mütəxəssilər tərəfindən yaradılmışdır. Labaratoriyanın əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanlarını, kritik informasiya infrastrukturu obyektlərini hədəf alan zərərli proqram təminatlarının analizi, müşahidəsi, tətqiqatı, habelə istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan şəxsləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək olmaqdan ibarətdir.
Əsas missiyamız yuxarıda qeyd edildiyi kimi dövlət orqanlarının informasiya resurslarının zərərverici hücümlararına qarşı təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə yalnız laboratoriyamıza göndərilən zərərvericilərin analizi deyil, bunun üçün nəzərdə tutulan avtomatlaşdırılmış sistemlər, faydalı alətlər, tərəfimizdən analiz edilən zərərvericilər, habelə sahəmizə aid müstəqil araşdırmalar və məqalələr hazırlamaq missiyalarımız arasında yer alır. Eyni zamanda fəaliyyət sahəmizə informasiya təhlükəsizliyi sistemlərinə aid yerli həllərin (zərərli proqram simulyatoru, sandbox, forensics və s.) hazırlanması, istifadəçilər üçün tərsinə mühəndislik və zərərvericilərin analizini əhatə edən müxtəlif tip yarışmaların təşkili də aiddir.

Etik Prinsiplərimiz

  • Özümüzü daima yeniləyərək daha səmərəli xidmət göstərmək üçün inkişafa və dəyişikliklərə hazır olmaq
  • Ən yeni texnologiyaları, metod və üsulları araşdıraraq hər zaman öndə olmağa çalışmaq
  • Sürətli və dinamik inkişaf üçün qarşılıqlı əməkdaşlığa maraqlı olmaq
  • Bizə güvənənlərə qarşı hər zaman olduğu kimi dürüst və şəffaf olmaq
  • Təklif və tənqidlərə açıq olmaq, onları fürsətə çevirmək