Anti-ransomware həlllərindən çox-prosesli şifrləmə ilə yayınma
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi - Malware Research Lab – S. Abasov, F.Cəfərov - 8 Noyabr 2022
Son zamanların ən populyar zərərverici tiplərinə nəzər yetirsək şübhəsiz ki, bunların arasında ilk sırada “ransomware” zərərvericiləri gəlir. Buna səbəb isə vurduqları ziyanın artıq milyon dollarlar səviyyəsində ölçülməsidir. Böyük şirkətlər hələdə bu tip zərərvericilərə qarşı tam təhlükəsizlik mexanizmi yaratmağa nail olmayıblar. Artan ransomware təhdidlərinə qarşı təhlükəsizlik şirkətləridə müxtəlif aşkarlama metodları işləyib hazırlayırlar. Lakin burada vacib bir sual ortaya çıxır. Yaradılan ransomware aşkarlama metodları nə dərəcədə effektivdirlər? Bu məqalənin əsas mövzusu məhz bu suala cavab tapmaqdır. Sözü gedən məqalədə məşhur anti-virus provayderi Kaspersky şirkətinin ransomware aşkarlaması üçün hazırladığı pulsuz lakin tam funksional aləti KART (Kaspersky Anti-Ransomware Tool) üzərində kiçik bir test aparılmışdır.
Video keçid: https://www.youtube.com/watch?v=71QvKLYi68M