Pass-Protego
İstifadəsi günü gündən artan onlayn servislər bir çox müsbət tərəfləri ilə yanaşı, paralel olaraq bir çox problemləridə özü ilə gətirir. Bu problemlərdən başında bu tip servislərdən faydalanarkən istifadə etdiyimiz təhlükəsizlik şifrələri gəlir. Beləki artan servislər paralel olaraq bu tip sistemlərə giriş zamanı istifadə etdiyimiz təhlükəsizlik şifrələrinində artmasına səbəb olur. Bu isə normal olaraq şifrələri yaddaşımızda saxlamağımıza maneə olur. Belə olan halda isə 2. sadə vəya təkrarlanan şifrələr problemi yaranır. İstifadəçilər şifrələrini unutmamaq üçün bəzi hallarda müxtəlif servislər üçün eyni təhlükəsizlik şifrəsini vəya olduqca sadə (mobil nömrə, ad dogum tarixi vs) kimi şifrələrdən istifadə edirlər. Bu isə istifadəçini pis niyyətli şəxslər üçün açıq hədəf halına gətirir. Lab olaraq bu tipli problemlərin həllində istifadə edilən təhlükəsiz şifrə saxlama proqramını sizlərə təqdim edirik. Proqram təminatı şifrələrinizi təhlükəsiz (şifələnmiş) mühitdə saxlamağınıza imkan yaradır. Artıq oxşar vəya sadə, rahat, sındırlmaya(crack) açıq olan təhlükəsizlik şifrələrindən istifadə etməyinizə ehtiyyac yoxdur.
Pass-Protego ilə sındırılması çətin, saxlanması isə rahat olan təhlükəsizlik şifrəsi generasiya edə biləcəksiniz.
Pass-Protego özəllikləri
- Uzun və dayanıqlı şifrələrin generasiyası
- Keylogger (klaviatura cəsusu) üçün virtual klaviatura
- ScreenSpy (ekran görüntüsü cəsusu) üçün təhlükəsizlik mexanizmi
- Proqram yaddaşının təhlükəsizliyi üçün kernel səviyyəsində təhlükəsizlik mexanizmi (növbəti versiyalarda)
- Məlumatların təhlükəsiz şəkildə saxlanılması üçün əsas şifrə (master password) və dayanıqlı algorithm
Proqram təminatının işləməsi üçün lazım olan tələblər:
Python - cp36,cp37,cp38,cp39,cp310 (https://www.python.org)
PySide - 6.0.2 <= (https://pypi.org/project/PySide6 və ya pip install PySide6)
PyCryptodome - 3.14.1 <= (https://pypi.org/project/pycryptodome və ya pip install pycryptodome)
Alətin istifadəsi zamanı hər hansı xəta ilə rastlaşdığınız zaman alətin adını "Pass-Protego" daşıyan başlıq ilə mrl@cert.gov.az ünvanına bildirməyiniz xahiş olunur.