HashTool

HashTool aləti laboratoriya tərəfindən istifadəçilərin daxil edilmiş məlumatın xeş dəyərini generasiya etmək üçün hazırladığı kiçik bir alətdir. Xeş (hash) alqoritması, xeş funksiyası adı verilən riyazi bir düsturun köməkliyi ilə daxil edilən ixtiyari uzunluğa sahib məlumatdan sabit uzunluqda məlumat generasiya edən geri dönüşü mümkün olmayan şifrələmə alqoritmasıdır. Xeş funksiyaları mesajların bütövlüyünün yoxlanılması və məlumatın doğrulanması kimi tapşırıqlar üçün ideal funksiyalardır. Günümüzə qədər bu tip riyazi düstürlardan istifadə edən bir neçə xeş funksiyası yaradılmışdır. Bunlardan ən bilinəni MD5, SHA1, SHA256, SHA512 kimi şifrələmə alqoritmalarıdır. HashTool aləti məhz yuxarıda qeyd edilən məqsədlər üçün tərəfimizdən hazırlanmışdır. 64 bitlik "Windows" əməliyyat sistemi üzərində fəaliyyət göstərmək üçün nəzərdə tutulub.

HashTool özəllikləri

  • Əməliyyat sistemində ayrılıqda faylların və qovluq içərisində olan faylların xeş kodunun generasiya edilməsi
  • Əməliyyat sistemində fəaliyyət göstərən proses və proseslərə aid modulların xeş kodunun generasiya edilməsi
  • Daxil edilən mətnin xeş kodunun generasiya edilməsi
  • Generasiya edilən məlumatların raportu
  • Xeş alqoritmaları olaraq MD5, SHA1, SHA2, SHA512, CRC32 istifadə edilib.

Proqramın fəaliyyəti üçün lazım olan tələblər:

Python - cp36,cp37,cp38,cp39,cp310 ( https://www.python.org )
PySide - 6.0.2 <= ( https://pypi.org/project/PySide6 və ya pip install PySide6 )

Alətin istifadəsi zamanı hər hansı xəta ilə rastlaşdığınız zaman alətin adını "HashTool" daşıyan başlıq ilə mrl@cert.gov.az ünvanına bildirməyiniz xahiş olunur.